XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2018 - 00:10

Azərbaycan neftinin son qiyməti –BİRJA MƏLUMATLARI

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 64,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,46 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 59,61 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,68 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti noyabrın 22-də 61,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.