XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2018 - 10:23

Bitkoin ucuzlaşmaqda davam edir- Qiymət

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin 4,3 min dollar ətrafında alınıb satılır.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 4,11% azalaraq 4,31 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşır.

Belə ki, “Ethereum” 7,88% və ya 121,23 dollaradək, “Ripple” 6,74% (0,4075 dollara qədər), “Bitcoin Cash” isə 9,63% (200,46 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 138,93 milyard dollar təşkil edir və bunun 54 faizi bitkoinin payına düşür.