XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2018 - 16:01

Bu maşınlar cərimə olunacaq –Nazirlər Kabineti yeni qaydaları açıqladı

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə”, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” və “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edib.

“Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasına “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”nın 4.2-ci bəndinə “kateqoriyasına” sözündən sonra “(altkateqoriyasına)” sözü əlavə edilib.

“Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.1-ci bəndinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilib. Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. (Qafqazinfo)