XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 20:38

Aqrar sektor da vergiyə cəlb olunur –Ekspert hökumətin bu sahədə dolaşıq planına aydınlıq gətirdi

“Hökumət uzun illərdir kənd təsərrüfatını vergidən azad edir – sektorun ayaqda dura bilməsi üçün. Nəzərə alsaq ki, Azərbaycanda kənd təsərrüfatı istehsalının azı 92-93%-ni əlində 1-2 hektar, ən yaxşı halda 3-5 hektar olan xırda ailə təsərrüfatları istehsal edir, deməli, vergi güzəştlərindən ən yaxşı halda əsasən xırda fermerçilik yararlanacaq. O başqa mövzu ki, artıq nəhəng arqoholdinqlər də vergi cənnətinə düşüblər”. 

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Ekspert 2019-cu ilin yanvarından istehsalçılara güzəştlərin müddətinin daha 5 il müdətinə uzadılacağını xatırladır:

“Amma bu dəfə vergi qanunvericiliyinə təklif olunan yeni dəyişiklik bazar və yarmarkalarda kənd təsərrüfatı məhsullarını satanlardan ümumi gəlirlərin 2%-i səviyyəsində sadələşdirilmiş vergi tutulacaq.

“Ümumi gəlirlər”dən tutulmaq o deməkdir ki, məhsul satanın satışın maya dəyəri (yəni xərcləri) və ticarət əlavəsi birlikdə vergitutma obyekti olacaq. Məsələn, 1 ton almanı fermerdən 500 manata almısınız, bazara gəlib çıxmasına 50 manat xərc çəkmisiniz, 100 manat da ticarət əlavəsi gəlib, satmısınız. Bu halda 650 manat ümumi dövriyyəyə görə, 13 manat vergi ödəyəcəksiniz. Faktiki olaraq 100 manat qazanca görə, 13 manat və ya 13%. 200 manat qazansanız, vergi yükünüz 6.5% təşkil edəcək. Amma burda yenə də əsas vurğu onadır ki, kənd təsərrüfatı məhsulu satanın təkcə ticarət əlavəsi yox, xərcindən də vergi tutulmuş olacaq


İkinci bir maraqlı məqam – əgər fermer özü satırsa məhsulunu, o haldadamı vergi tutulacaq, yoxsa satıcı qismində çıxış edən 2-ci bir şəxs satıdığı halda vergi tutulacaq?

Əgər fermer satacağı halda vergi tutulmayacaqsa, o halda hansı rəsmi qurum təsdiq edəcək ki, bu məhsul həmin fermerə məxsusdur – başqasının deyil?

İstənilən bir satıcının satdığı məhsulu öz məhsulu kimi rəsmiləşdirməyin qarşısını ala biləcək heç bir real mexanizm tapıla bilməz – xüsusilə də həmin zəruri təsdiqedici arayışı yerli orqanlar verəcəksə. 

Üçüncü vacib məqam odur ki, hökumət kənd təsərrüfatının vergidən azad edildiyin deyir – amma reallıqda ticarətçilər həmin vergini fermerin satış qiymətində “vergi xərci” kimi güzəştə nail olmaqla onların üzərinə atacaq. Nəticədə aqrar sektor de-yure vergidən azad, de-fakto vergiyə cəlb edilmiş sahə olacaq…”- deyə R.Ağayev vurğulayır.