Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, noyabrın 26-da qızılın qiyməti noyabrın 23-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2082,8315 manat təşkil edib. Gümüş 0,266 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3935 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 3,2725 manat azalaraq 1437,5455 manat, palladiumun qiyməti isə 38,301 manat azalaraq 1924,859 manat təşkil edib. Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.