Ekspert: “Artım tendensiyası davam edəcək”
Dünyada neftin qiyməti son dörd ayyarımda Yaxın Şərqdən tədarükün ixtisarı əndişəsi fonunda ən yüksək həddə çatıb.
Strateq.az BBC.ru-ya istinadən xəbər verir ki, Brent marakalı neftin qiyməti bu gün hər barrelə 65.37 dollar təşkil edib.
Ekspertlər qiymət artımının başlıca səbəbi kimi ABŞ-da şlef hasilatının azalması və Yəmən münaqişəsini hesab edirlər.
Bununla belə, BP, Shell və Exxon Mobil şirkətləri bu həftə, çox güman ki, birinci rübdə gəlirin azalması barədə məlumat verəcək.
CMC Markets analitik şirkətinin eksperti Maykl Hyusson hesab edir ki, artım tendensiyası davam edəcək.