XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2018 - 14:12

Ən çox pambıq hansı rayonda yığılıb? –Nazirlik statistikanı açıqladı

Azərbaycanda pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki,  noyabrın 27-dək ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir: “Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ildə 13,1 faiz çox pambıq tədarük olunub”.

Nazirlik bildirib ki, sahələrdən pambıq yığımı davam edir.