XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 16:19

Büdcədən ayrılan 140 milyon manat universitetlər arasında bölünəcək –Ekspert sosial şəbəkədə yayılan məlumatların yalan olduğunu deyir

“Sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitin həcmi barədə yayılan məlumat yanlışdır”. 
Strateq.az xəbər verir ki, bu barədə büdcə məsələləri üzrə təhlilçi Rövşən Ağayev bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə  gələn il üçün nəzərdə tutulan dövlət büdcəsindən Tibb Universitetinə 1.3 mln.manata yaxın, BDU-ya isə 700 min manatdan bir qədər yuxarı, ADA-ya 17.6 mln. manat, Moskvanın burdakı 2 universitet filialına birlikdə 17.2 mln. manat vəsait ayrılması göstərilir.
Rövşən Ağayev isə büdcədə əskini tapan rəqəmləri açıqlayıb: “Son illər dövlət büdcəsindən ali təhsilə 180 mln. manata yaxın vəsait ayrılır. Bu məlumatda deyildi kimi onun 35-40 mln. manatı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun tələbəhesabı maliyyələşmə mexanizminə keçməyən 5 universitet ayrılır. Yerdə qalan 140 mln. manata yaxın vəsait isə digər universitetlər arasında tələbə hesabı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür. Problem ondadır ki, 2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu.
Son 4 ildə isə yalnız ADA, Moskvanın 2 universitetinin filialı, bu ildən isə İlhahiyyat İnstitutuna ayrılan vəsaiti görmək olur. Yerdə qalan universitetlər üzrə isə yalnız ali təhsilin ümumi xərci görsənir. Məlumat açıqlığı və şəffaflıq şaiələrin qarşısının alınmasının ən yaxşı dərmanıdır. Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır”.

Ekspert qardaş ölkədən misal çəkərək bildirir ki, Türkiyədə parlamentə daxil olna büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur:
“Türkiyə demişkən, bu ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18%-i təhslilə ayrılacaq və təhsil 1-ci yerdədi. Bizdə bu göstərici 10% ətrafındadı və 3-cü yerdədi. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərcərinin 25%-i universitetlərə gedəcək. Bizdə 9%-dən azdır. Türkiyədə gələn ilki cəmi büdcə xərclərinin 5%-i ali təhsilə gedir, bizdə həmin göstərici 1.5% ətrafındadır“.

Strateq.az