XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 18:47

Dünya neft bazarında canlanma- "Brent"in qiyməti 7 faiz bahalaşıb

 

Dünya neft bazarı İranın qiymətlərin stabilləşməsi məqsədi ilə atılan bütün tədbirləri dəstəkləməyə hazır olduğu barədə bəyanatı fonunda canlanıb.

Azertag.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, birjalar İranın bəyanatına yüksəlişlə reaksiya verib. Brent markalı neftin bir barrelinin qiyməti sessiya ərzində 7 faiz bahalaşaraq fevralın 18-də 35 dolları keçib. WTI markalı neftin barreli isə 5,5 faiz artaraq 31 dollardan baha satılıb.

Ekspertlər sanksiyalardan sonra bazara qayıdan İranın diskussiyanı davam etdirmək üçün qısa diplomatik cavabla kifayətlənəcəyini düşünürlər. Analitiklər isə hesab edirlər ki, İranın danışıqlarda iştirakı neft qasırğasının səngiməsinə səbəb olacaq.