XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 14:13

SOCAR-ın keçmiş prezidenti:“Mən inanmıram ki, bu addım domino effekti versin”

“Qətərin OPEK-in tərkibindən çıxması neft bazarında azalma trendini gücləndirə bilər”.

Bunu Trend-ə SOCAR-ın keçmiş rəhbəri, iqtisadçı Sabit Bağırov Qətərin 2019-cu ildə təşkilatı tərk edəcəyi qərarını şərh edərkən deyib. O bildirib ki, neft qiymətlərində dalğalanma səviyyəsi çox yüksəkdir və burada siyasi amillər də öz rolunu oynayır: “Mən inanmıram ki, Qətərin OPEK-dən çıxması domino effektinə səbəb olsun və OPEK ölkələri bu trendə hazır olsun. Amma prinsipcə bu, həmin istiqamətdə müəyyən təkan verə bilər. Çünki Qətər enerji bazarında kifayət qədər nüfuzlu ölkədir”.

Qeyd edək ki, Qətərin energetika naziri Saad bin Şrida əl Kaabi ölkənin 2019-cu ilin yanvarında OPEK-i tərk edəcəyini bildirib.