XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 12:59

“Çin və ABŞ-ın ticarət müharibəsindən imtinası neft bazarını sabitləşdirəcək” –Ekspert

“Çin və ABŞ arasında ticari-iqtisadi əlaqələrdə ziddiyyətlərin gərginləşməsinin başa çatması dünyanın neft və maliyyə bazarlarının sabitləşməsinə gətirib çıxaracaq”.

Bu barədə Şanxay İctimai Elmlər Akademiyası yanında Beynəlxalq Maliyyə Araşdırmaları Mərkəzinin direktoru Çjoy Yu bildirib.

“Bir neçə aydır davam edən ticarət mübahisələri bütün dünya iqtisadiyyatını zəiflədib, neftin qiymətinin aşağı düşməsinə, qlobal maliyyə bazarlarında narahatlığa gətirib çıxarıb. ABŞ və Çin arasında baş verən “atışmaların” sona çatması dünya iqtisadiyyatı üçün vəziyyətin daha da pisləşməsinin qarşısını alacaq müsbət əlamət hesab edilə bilər”, – ekspert deyib.

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın Çinlə ticarət məsələləri üzrə ziddiyyətləri danışıqlar yolu ilə aradan qaldırmağı planlaşdırdığı 90 gün belə problemləri həll etmək üçün çox qısa müddətdir.

Qeyd edək ki, daha əvvəl Çin və ABŞ liderləri ikitərəfli ticarət ziddiyyətlərini gərginləşdirməyi dayandırmaqla bağlı razılığa gəliblər. Rəsmi Vaşinqton qarşıdakı üç ayda vəziyyətdən çıxış yolunun tapılmayacağı halda geniş siyahılı Çin məhsulları üçün mövcud olan 10%-lik rüsum tariflərini 25%-dək artıracağına söz verib/Report.