XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 18:25

BƏƏ-nin energetika naziri:"Qətərin üzvlükdən çıxması OPEC-ə təsir etməyəcək"

Qətərin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzvlükdən çıxması təşkilatın işinə təsir etməyəcək.

Bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üzvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib.

15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb/Azərtac.