XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 22:20

Rövnəq Abdullayev:"Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi yüksəkdir"

“Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi kifayət qədər yüksəkdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev neft-qaz sənayesində milliləşdirmə proqramının 5-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, 2013-cü ildə “BP Exploration” şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda, 2018-ci ilin sonuna işçi heyətinin artıq 90%-i milli kadrlardan ibarətdir: “Biz neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış Prezidentimiz qarşısında məruzə edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrəsini verib”.