Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Strateq.az-a verilən məlumata görə, ötən ay valyuta hərraclarında 654,1 mln. dollar məbləğində vəsait satılıb.