“Rusiyada ABŞ dollarına heç bir qadağa qoyulmayacaq”.
Strateq.az bildirir ki, bu barədə Rusiyanın baş naziri Dimitri Medvedyev bu gün keçirdiyi mətbuat konfransında dollarsızlaşdırma prosesini şərh edərkən bildirib.
Baş nazirin sözlərinə görə, dollarsızlaşdırma heç də bu valyutadan imtina etmək anlamına gəlmir: “Dollar dünyada mühüm və rezerv valyutadır. Ölkədə dollara heç bir qadağa qoyulmayacaq. Azad şəkildə valyuta alqı-satqısı ilə məşğul olmaq olar. Belə bir ideya heç vaxt olmayıb, heç kim də bununla məşğul olmayacaq”.
Bununla yanaşı D. Medvedyev deyib ki, dollarsızlaşdırma ilə məşğul olmaq lazımdır: “Çünki rubl – bizim valyutadır”. Baş nazir qeyd edib ki, digər ölkələrin – Çin, Hindistan və digər ticarət tərəfdaşların milli valyutaları ilə də hesablaşmaq vacibdir.