XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 09:39

OPEC bu gün yenidən toplaşır, qərar olmasa, neft kəskin ucuzlaşacaq –Rusiya və Səudiyyə ümumi razılığı əngəlləyir

Neft ixrac edən ölkələrin OPEC təşkilatı neftin qiymətini qaldrımaq məqsədilə hasilatı azaltmağa dair danışıqları hələlik nəticəsiz qalır.

“Bloomberg” yazır ki, bunun bir səbəbi də Rusiyanın hasilatı Səudiyyə Ərəbistanının istədiyi qədər ixtisar etməkdən imtinası olub. OPEC bir daha dekabrın 7-də toplaşmalıdır, lakin Səudiyyənin enerji naziri Xalid Əl-Falih deyib ki, o razılaşmanın əldə ediləcəyinə ümidlə baxmır.

OPEC-in iclasında hasilatın kollektiv şəkildə gündə 1 milyon barrel azaldılması təklifi qoyulmuşdu. Əl-Falih deyib ki, heç də hamı bərabər həcmdə ixtisara hazır deyil, Rusiya hasilatın əməiyyətli həcmdə azaldılmasına hazır deyil.

Bloomberg” yazır ki, Vyanada razılığın əldə edilməməsi OPEC-in qlobal neft xəritəsini dəyişən qüvvələrin təzyiqi altında olduğunu nümayiş etdirir. Bunu həm də OPEC-in ona  üzv olmayan Rusiyanın qərarından nə qədər asılı olduğu göstərib. Üstəlik bu arada ABŞ hökuməti Birləşmiş Ştatların son 75 ildə ən böyük neft ixracatçısına çevrildiyini elan edib.

OPEC-in iclasında ortaq məxrəcin əldə olunmaması neft bazarlarına dərhal təsir göstərib. Brent markasından olan neftin bir barreli London birjasında 5, 2 faiz ucuzlaşaraq 58 dollara düşüb.

“Bloomberg” xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak prezident Putinlə görüşmək üçün təcili Sankt Peterburqa uçub. Əgər o Putindən hasilatın əhəmiyyətli dərəcədə ixtisarı üçün xeyir-dua ala bilsə, onda bəlkə də Səudiyyənin istədiyi qərar qəbul oluna bilər.

“RS Energy Group” konsaltinq qrupunun direktoru Derek Brover də diqqəti böyük qərarın Moskvadan asılı olmasına çəkir. O deyir ki, hazırda vəziyyəti çox böyük ƏGƏR sözü ilə ifadə etmək olar.

Neft qiymətlərinin düşməsi ələxüsus da Səudiyyə başda olmaqla müsəlman neft ixracatçılarını narahat edir. Onlardan bir çoxunun iqtisadiyyatı və büdcəsi neftin qiymətindən asılıdır. Digər tərəfdən, bu ölkələr təklikdə böyük hasilat azaldılmasına getmək istəmirlər.

İş o yerə çatıb ki, OPEC daxilindəki bəzi söhbətlərə görə, Səudiyyə Rusiyanın hasilatı hətta günə 300 min barrel azaltmasından məmnun olardı. Öz növbəsində Rusiya 150 min barreldən dərin ixtisara getmək istəmir.

Səudiyyənin neft naziri Əl-Falih deyib ki, əgər danışıqların bütün tərəfləri hamılıqla hasilatın azaldılmasına razı olmasa, onda hamının buna razı olacağı vaxtı gözləmək lazım gələcək. Bu arada ABŞ-ın bərpa olunmuş sanksiyaları altında olan İran heç bir hasilat ixtisarına getməyəcəyini bildirib.

(Azadlıq radiosu)