XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2018 - 10:53

Neft Fondu:Azərbaycan AÇG layihəsindən 137.4 milyard dollar qazanıb

2001-ci ildən başlayaraq 2018-ci ilin dekabrınadək Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən neftin satışından 137 milyard 446 milyon dollar daxil olub.

Strateq.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun məlumatnda deyilir.

Mənbənin məlumatına görə, bu ilin 11 ayında AÇG neftinin satışından fonda 8,96 mlrd. dollar daxil olub.

Bu ilin 11 ayında “Şahdəniz” yatağından qaz satışından gəlirlər 222 mln. dollar təşkil edib. 2007-ci ildən başlayaraq bu yataqdan qaz və kondensat satışından gəlirlər 506 mln. dollar təşkil edib.

Dövlət Neft Fondunun məlumatına görə, hazırda onun aktivləri 40 mlrd. dollardan bir qədər azdır.