Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, dekabrın 7-də qızılın qiyməti dekabrın 6-ı ilə müqayisədə 0,238 manat artaraq 1 unsiya üçün 2108,0935 manat təşkil edib.
Gümüş 0,0246 manat bahalaşaraq 1 unsiya üçün 24,6284 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 11,7385 manat azalaraq 1340,875 manat, palladiumun qiyməti isə 77,843 manat azalaraq 2039,915 manat təşkil edib.