XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 21:34

Qlobal təbii qaz tələbatı 46 faiz artacaq- 2040-cı ilədək

Qlobal təbii qaz tələbatının 2040-cı ilə qədər 46 faiz artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) hesabatında deyilir. Bildirilir ki, qlobal təbii qaz tələbatının 2017-ci ildəki 3,7 trilyon kubmetrlə müqayisədə 2040-cı ilədək 5,44 trilyon kubmetrə çatacağı gözlənilir.

Ümumilikdə 2040-cı ilə qədər qaz istehsalının illik 1,7 faiz səviyyəsində artması nəzərdə tutulur. Hasilat artımına ən böyük töhfəni ABŞ, Rusiya, Çin və İran verəcək. 2040-cı ilədək təbii qazın qlobal enerji balansındakı payı hazırkı 22 faizdən 26 faizə qədər artacaq.

Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrdə isə təbii qaz istehsalı 2040-cı ilə qədər təxminən 2 trilyon kubmetrə çatacaq.