XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 13:57

“Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər” –İnam Kərimov

“Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər”.

Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, iqtisadiyyat iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindəndir:

“Azərbaycanla Türkiyə arasında 2017-ci ildə ticarət dövriyyəsi 192 milyon dollar təşkil edib. 2013-2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 65,3 faiz, idxal həcmi 2,3 dəfə artıb”.

İ.Kərimov, həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafı barədə danışaraq qeyd edib ki, hökumət üçün bu sahədə prioritet taxılçılıq, pambıqçılıq və fındıqçılığın inkişafıdır.