XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 15:31

Azərbaycanda bu günədək nə qədər pambıq toplanıb? –Komitə statistikanı açıqladı

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələri keçən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edib.

Dövlət Statistika Komitəsindən Strateq.az-a verilən məlumata görə, pambıq qəbulu məntəqələrinə 222 min 748 ton məhsul təhvil verilib: “Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 min ton çoxdur”.

Komitə bildirib ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb: “Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür”.