XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 17:57

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq –Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transformasiya Planı hazırlamağı planlaşdırır.

Bu barədə qurumun İnformasiya texnologiyaları Departamentinin direktoru Fərid Osmanov məlumat verib.

O, bu barədə Bakıda keçirilən “Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda danışıb.

“Bu gün 8 böyük kredit təşkilatının və 10-dan çox dövlət qurumunun nümayəndələri ilə bir masa arxasına gəlmişik. Daim müzakirələr aparılır. Dövlət məlumatlarının bank sektoruna çatdırılması yolları, funksional və konsensus modelləri hazırlanır. Həmin qurumlarla birgə çalışırıq ki, bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transfarmasiya Planı hazırlayaq. Bu planda innovativ texnologiyaların DATA sektoruna tətbiqi və inteqrasiyası kimi məsələlər öz əksini tapacaq”, – deyə AMB rəsmisi qeyd edib/Report.