“Rusiyanın mili valyutası – rublun məzənnəsini Rusiya Bankının (Mərkəzi Bank) valyuta alışını bərpa etməsi deyil, gələn ilin əvvəlindən ölkəyə kapital axınının həcmi müəyyən edəcək”.
Bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin 2019-cu ildə rublun məzənnəsinə təsir edəcək amilləri açıqlayarkən deyib.
Onun sözlərinə görə, hazırda rublla bağlı proqnoza yenidən baxmağa ehtiyac yoxdur.
“Proqnoza yenidən gələn ilin aprel ayında baxacağıq”, – deyə M.Oreşkin qeyd edib/Report