Cari ilin 11 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 11 324,7 milyon ABŞ dolları olub.
Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz çoxdur.
Azərtac xəbər verir ki, xarici ticarət dövriyyəsində ixracat 3033,5 milyon dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çox), idxal isə 8 291,2 milyon dollar (ötən ildəkindən 16,8 faiz çox) olub.
Xarici ticarətdə 5257,7 milyon dollar məbləğində mənfi saldo yaranıb. Bu da ümumi xarici ticarət dövriyyəsinin 46,4 faizini təşkil edib.