Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, dekabrın 14-də qızılın qiyməti dekabrın 13-ü ilə müqayisədə 5,2955 manat azalaraq 1 unsiya üçün 2110,7115 manat təşkil edib.
Gümüş 0,0999 manat ucuzlaşaraq 1 unsiya üçün 24,969 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 16,303 manat azalaraq 1353,4975 manat, palladiumun qiyməti isə 7,7775 manat azalaraq 2144,805 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.