XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 08:33

Samir Əliyev: “Manatın ucuzlaşması davam edəcək”

“Qeyri-neft sektorunun inkişafına konseptual yanaşma müşahidə etmirəm”

Manatın kursunun rəsmən sərbəst buraxılmasından sonra sosial həyatımızda xoşagəlməz bir qeyri-müəyyənlik yaranıb. Və hərdən adi bir vətəndaş kimi düşünürsən: “Bəlkə də, qaytardılar”. Yəni manat əvvəlkli etibarını bərpa edə bilərmi?

Məsələ burasındadır ki, son günlərdə sanki manatın özünü çox “qorxaq apardığı” hiss olunur: gah enir, gah da qalxır.

Bəs, əslində, nə baş verir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Strateq.az-a açıqlamasında bildirdi ki, “Dünya bazarında neftin qiymətinin düşməsi bir çox ölkələrin eybini açdı. O cümlədən də bizim. Manatın son günlərdə tərəddüdlərə məruz qalmasına, yəni enib-qalxmasına gəlincə isə, deyə bilərəm ki, bundan sonra manatın bahalaşması, sadəcə, mümkün deyil və bu, artıq dönməz prosesdir. Manatın ucuzlaşması ölkənuin maliyyə sistemində ciddi problemlər yaradıb və bu problemlərin ən ağırı bank sektorunda müşahidə edilir. Banklar çətin duruma düşüblər və bundan necə çıxacaqları məlum deyil”.

Ekspertin sözlərinə görə, “2008-ci il böhranından sonra Azərbaycan hökuməti dərhal qeyri-neft sektorunun inkişafı barədə düşünməyə başladı. Lakin sonradan neftin qiyməti yüksələndə bu maraq yaddan çıxdı. İndi yenidən bu barədə düşünməyə başlayıblar. Ancaq mən bu yöndə konseptaul yanaşma müşahidə etmirəm”.