XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 12:30

Gömrük Komitəsinin sədri İsrail-İordaniya sərhədindəki gömrük məntəqəsində olub –(FOTO)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

Komitədən Trend-ə verilən məlumata görə, dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsrailə səfər çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən “Allenby” gömrük-buraxılış məntəqəsinə gəlib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub. Nümayəndə heyətinin üzvlərinə bildirilib ki, gömrük-buraxılış məntəqəsində ən müasir texniki nəzarət vasitələri və innovativ layihələr tətbiq edilir.

Eyni zamanda, nümayəndə heyətinə mallar və nəqliyyat vasitələrinin, şəxslərin asan və sürətli keçidinin təmin olunması, sərhədkeçmə prosesində təhlükəsizliyin təmin edilməsi üçün görülən işlər barədə məlumat verilib. İsrailli mütəxəssislər azərbaycanlı həmkarlarına sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları və elektron gömrük xidmətlərinin tətbiqini əyani şəkildə də nümayiş etdiriblər.

“Allenby” gömrük-buraxılış məntəqəsində gömrük işinin təşkili sahəsində görülən işlərdən məmnunluq duyan Azərbaycan nümayəndə heyətinin üzvləri burada həyata keçirilən yeniliklərdən faydalanmağın və tətbiq etməyin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.