XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 13:00

ABŞ dollarla bağlı yeni qərar verməyə hazırlaşır-FED faiz dərəclərini qaldırır

“Reuters” agentliyi Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini qaldırmasının dünyanın müxtəlif tərəflərində biznesi təsirləndirməsindən yazır.

Strateq.az bildirir ki, məsələn, FED-in dolları bahalandırması İndoneziya rupisini “vurur”, ancaq Cakartada mağaza sahibi Andy Kurniavan qiymətləri qaldırmaq istəmir: “Hər şey batır, amma cəsarətimi toplayıram, adamların hələ də mağazama gələcəyinə ümid edirəm”, – o deyir.

FED-in bu həftə də faiz dərəcələrini qaldıracağı gözlənir və “Reuters” bu qərarın əhatə dairəsinin çox geniş olduğunu vurğulayır. Bəzi rəsmilər qurumu hərəkətlərinin yeni yaranan bazarlara təsirinə həssas yanaşmağa çağırıb.

ABŞ Prezidenti Donald Tramp da FED-i sürətlə və sərt şəkildə davranmaqda, elə də böyük uğur qazanmamaqda suçlayıb. FED faiz dərəcəsini qaldırmaqla ABŞ-ın hökumət istiqrazlarını okeanın bu tayında daha riskli sərmayələrə qoyulması baxımından daha cəlbedici edir. Ancaq inkişaf etməkdə olan bazarlarda digər valyutalar hesabına dollara tələbat artır. ABŞ mərkəzi bankı da qərarlarının ölkə sərhədlərinə təsir göstərməsini danmır, amma arqumenti budur ki, inflyasiyanı cilovlamalıdır, ölkədə işsizlik maksimum azaldılmalıdır. FED-in Nyu York üzrə prezidenti iyunda istefaya getməmişdən öncə “Reuters”ə demişdi ki, “qurumun hərəkətləri heç kəsi təəccübləndirməməlidir, digər ölkələrin siyasətçiləri hazırlıqlı davranmalı, qərarlara adaptasiya olunmalıdırlar”.