XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 09:59

“Texnikabank” kreditorlaramüraciət etdi

 

Texnikabank

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə "Texnikabank" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Bankdan bildiriblər ki, "M.M.M. Perfekt Konsaltinq" MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib. Ləğv prosesində olan "Texnikabank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Banka tələbləri olan kreditorlara bildirilir ki, tələblərinin qeydiyyata alınması üçün aprelin 15–dək ləğvedici şirkət "M.M.M. Perfekt Konsaltinq" MMC-yə (Xətai rayonu, Babək prospekti 16) müraciət edə bilərlər.