XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 11:16

Azərbaycanda ərzaqlar 18,3 faiz bahalaşıb– Rəsmi inflyasiya

 

erzaq-

2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13.6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18.3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 17.2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 4.6 faiz bahalaşıb.

Bu barədə marja.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

2016-cı ilin yanvar ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,1 faiz artaraq 3080,6 milyon manata çatıb. Gəlirlərin 88,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

2015-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü illə müqayisədə 5,0 faiz artaraq 466,4 manat təşkil edib. 

Xatırladaq ki, 21 Fevral 2015 və 21 Dekabr 2015-ci il tarixlərində Azərbaycanda müvafiq olaraq, 34 və 50%-lik devalvasiya baş verib.