XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 17:49

“Aqrolizinq” ASC ləğv olunacaq? –Nazir müavinindən açıqlama

 “Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək”.

Bu barədə nazir müavini İlhamə QədimovaPrezident İlham Əliyevin ötən gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanını şərh edərkən bildirib.

O həmçinin deyib ki, “Aqrolizinq”ə məxsus aqroservislər investisiya müsabiqəsi keçirməklə özəlləşdiriləcək. Bu prosesi isə Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirəcək.

Bundan başqa, İ.Qədimovanın sözlərinə görə, Nazirlik fərmana uyğun olaraq, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini 2 ay ərzində hazırlayaraq dövlət başçısına təqdim edəcək/Report.