XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 11:30

Beynəlxalq Valyuta Fondunabaş direktor seçildi

Kristin Laqard

Kristin Laqard yenidən Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru seçilib.

Strateg.az azertag.az-a istinadən xəbər verir ki, BVF-dən edilən yazılı şərhdə qurumun idarə heyətinin yekdilliklə yenidən baş direktor seçdiyi K.Laqardın bu postda ikinci 5 illik rəhbərlik dövrünün iyulun 5-dən başlayacağı bildirilib. BVF-nin ilk qadın baş direktoru olan Laqardın ikinci rəhbərlik dövrü isə 2021-ci ilin iyulunda başa çatacaq. Xanım Laqardın yenidən rəhbər seçiləcəyi qurumun baş direktorluğuna başqa namizədin olmaması səbəbindən əvvəlcədən bilinirdi.

K.Laqard ikinci dəfə baş direktor seçilməsindən məmnun olduğunu bildirib:

“Mənə BVF-yə ikinci 5 illik dövrdə rəhbər olmaq fürsəti verildiyi üçün çox xoşbəxtəm. İdarə heyəti və fondun 188 üzvünə mənə göstərdikləri dəstəyə və etibara görə minnətdaram”.

Qeyd edək ki, Fransanın eks-prezidenti Nikola Sarkozi hökuməti dövründə maliyyə naziri olan K.Laqard Dominik Straus-Kanın vəzifədən getməsindən sonra 2011-ci ildə ilk dəfə Beynəlxalq Valyuta Fondunun baş direktoru seçilmişdi.