XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 09:13

Patent almaq üçün yeni qaydalar müəyyənləşdi –Novruz Məmmədov qərar imzaladı

Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000- ci il 15 fevral tarixli 21 nömrəli qərarda dəyişikliklər edib.

Strateq.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Əqli Mülkiyyət Agentliyinə təqdim etməlidir. Qeyd olunan müddətdə haqların ödənilməsini təsdiq edən sənədlər Əqli Mülkiyyət Agentliyinə təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab edilir. Müəyyən edilmiş haqların ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və ona şəhadətnamə verilir.

Şəhadətnamə müddətsiz verilir.