XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 15:13

Ölkədə konyak və şərab istehsalı artıb –STATİSTİKA

Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,2 dəfə, içki istehsalında 8,3 faiz, qida məhsullarının istehsalında isə 1,0 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 3,4 dəfə, üzüm şərabının istehsalı 56,5 faiz, alkoqolsuz içkilərin istehsalı 23,2 faiz, kolbasa məmulatlarının istehsalı 5,3 faiz, cem və marmeladların istehsalı 2,0 faiz artıb, qənd və şəkər tozu istehsalı 7,7 faiz, duru bitki yağlarının istehsalı isə 9,7 faiz azalıb.