XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 12:17

Vergilər Nazirliyi iş adamlarını ifşa etdi: 487 şirkətin 36 faizi saxtadır – SİYAHI

Vergilər Nazirliyi bu ilin yanvarında dövlət qeydiyyatına alınan kommersiya strukturları barədə məlumatların açıqlanmasını başa çatdırıb. Analiz göstərir ki, yeni şirkətlərin dörddə birinin direktoru cəmi 7 adamdır.

“Turan”-ın hesablamasına görə, yanvarda 487 şirkət, o cümlədən xarici şirkətlərin bir neçə filialı və nümayəndəliyi dövlət qeydiyyatına alınıb. Agentlik bir neçə amilə istinad edərək (ünvan oxşarlığı, nizamnamə kapitalının azlığı, qanunu təmsilçinin eyni olması və s.) hesab edir ki, bunların ən azı 188-i (38,6%) saxtadır.
Yanvarın 19 iş günü ərzində 32 şirkətin direktoru səlahiyyəti Aydın Əhməd oğlu Yarməmmədovun üzərinə qoyulub.
Elxan Əbdulqəni oğlu Vahidovun direktoru təyin edildiyi şirkətlərin sayı bundan bir rəqəm azdır.
Dadaş Nəzər oğlu Mehdiyev 19 şirkətə, Zaur Böyükkişi oğlu Nağıyev 15 şirkətə rəhbərlik edəcək.
Onların ardınca Maarif Vaqif oğlu Həmidov (10), Ceyhun Vaqif oğlu Hüseynov (7) və Rəşadət Ədalət oğlu Məmmədov (5) gəlir.
Fevralda bənzər şirkətlərin “klonlaşdırılması” davam edib.
Bu saxta şirkətlərin qeydiyyat yeri kimi Yardımlı, Quba, Hacıqabul, Lənkəran və digər rayonların kəndləri seçilib. Bu şirkətlərin təsisçilərinin adları açıqlanmır. 2012-ci ilin yayından bu məlumatlar məxfi hesab olunur.
Qeyd edək ki, bu şirkətlərdən, adətən, şübhəli dövlət satınalmalarında istifadə olunur. Təcrübə də göstərir ki, bu satınalmalar birgünlük şirkətlər cəlb edilməklə dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi məqsədi daşıyır.