XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 10:22

İranın xarici borcu  açıqlandı –10 milyard dollar

İranın xarici borcları cari ilin (21 mart 2018-dən başlayaraq) 7 ayı ərzində ilin əvvəli ilə müqayisədə 10,7% azalıb.

Strateq.az FED.az-a istinadən bildirir ki, bu göstəricilər İranın Mərkəzi Bankının statistikasında qeyd olunub.

İranın Mərkəzi Bankının bildirdiyinə görə, 7-ci ayın sonunda İranın xarici borclarının həcmi 10 milyard 93 milyon dollardır. 6 milyard 198 milyon dollar orta və uzunmüddətli borclar, 3 milyard 198 milyon dolları isə qısamüddətli borclardır.

İranın borcu avro əsasında da 8 milyard 765 milyon avro hesablanıb. 5 milyard 987 milyon avro orta və uzunmüddətli borclar, 2 milyard 777 milyon avro isə qısamüddətli borclardır. İranın borcları 6-cı ayın sonunda 10 milyard 317 milyon dollar olub. Xarici borclar 1-ci ayın sonunda 11 milyard 305 milyon dollar olub. Ümumilikdə 7 ay ərzində İranın xarici borcları azalıb.

İranın Mərkəzi Bankın xarici əmlakı bu il 6-cı ayın sonunda 45,19 trilyard rial (təxminən 1,07 trilyon dollar) olub.