XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 12:39

Nazir İnam Kərimov ilə yekun vurdu –Nə əkib, nə biçmişik? (RƏQƏMLƏR)

KONICA MINOLTA DIGITAL CAMERA

“Geniş miqyaslı dövlət dəstəyinin nəticəsi olaraq yola saldığımız təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən olub”.

 “Report” xəbər verir ki, bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,6%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,6%, heyvandarlıq məhsullarının istehsalı isə 2,7% artıb.

Nazir bildirib ki, qeyd edilən dövrə dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən (qarğıdalısız) 3 059,9 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7% çox məhsul götürülüb, orta məhsuldarlıq 29,2 sentner/ha təşkil edib: “Bu il həm də yüksək əlavə dəyərin yaradıldığı ənənəvi sahələrin davamlı inkişafına nail olunması baxımından da əlamətdar olub. Dekabrın 21-i tarixinə olan operativ məlumatlara əsasən qəbul məntəqələrinə 228,5 min ton pambıq təhvil verilib. Bu il ötən illə müqayisədə pambıq əkini sahəsinin az olmasına baxmayaraq, 21 min ton daha çox pambıq tədarük edilib. Hazırda sahələrdən pambıq yığımı davam edir. Cari ildə 514 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 2,1 dəfə çox olmaqla son 20 ilin ən yüksək göstəricisidir.

Bundan əlavə, 5,7 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13,3% çoxdur. 2018-ci ilin yanvar-noyabr aylarında təxminən 889,4 min ton kartof (əvvəlki ilin müvafiq dövrü səviyyəsində), 1 446,6 min ton tərəvəz (5,6% çox), 998,4 min ton meyvə və giləmeyvə (8,1% çox), 154,8min ton üzüm (6,2% çox) istehsal edilib, 868,6 ton yaşıl çay yarpağı (12,5% çox) yığılıb, diri çəkidə ət istehsalı 3% artaraq 463,6 min ton, süd istehsalı 2,8% artaraq 1 899 min ton təşkil edib.

İl ərzində 41,6 min hektar ərazidə təkrar əkin aparılıb, təkrar əkin aparılan sahələrin həcmi ötən illə müqayisədə 14,2% çox olub. Ümumilikdə təmiz herik şumu da daxil olmaqla 1 057,2 min hektar sahə payızlıq əkin üçün şumlanıb. Gələn ilin məhsulu üçün 876,2min hektar ərazidə dən üçün payızlıq bitkilər əkilib. Nəticələr ötən illə müqayisədə çoxdur, aqrotexniki qaydalara düzgün əməl olunması istiqamətində aparılan monitorinqlərin nəticələri növbəti ildə orta məhsuldarlığın daha da artacağını deməyə əsas verir”.

İ.Kərimov qeyd edib ki, həyata keçirilən tədbirlər həm ümumilikdə, həm də ayrı-ayrı məhsullar üzrə böyük həcmli artımların əldə olunması ilə yanaşı, ixracın həcminin və coğrafiyasının genişlənməsinə də zəmin yaradıb: “Bu ilin ilk 10 ayı ərzində 63,8 milyon dollar pambıq lifi və 19,1 milyon dollar pambıq ipliyi ixrac olunub və bu məhsullar üzrə artımlar müvafiq olaraq 2,3 dəfə və 41,2% təşkil edib. Kənd təsərrüfatı məhsullarının ixracının əsasını təşkil edən təzə meyvə ixracı 205,6 milyon dollar olmaqla artım 7,9%, təzə tərəvəz ixracı 169,2 milyon dollar olmaqla artım 6,8% təşkil edib. Bundan əlavə, 29,6 milyon dollar kartof (artım 14,7%), 6,2 milyon dollar meyvə və tərəvəz konservləri (artım 50,6%) ixrac olunub”.