XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 13:14

Maaşlar ən çox keçmiş sovet ölkələrində gecikdirilir –Fəhlələr əmək haqqını niyə vaxtında almır?

Ötən həftə minlərlə macarıstanlı yeni əmək qanunlarına etiraz olaraq küçələrə çıxıb. Yeni qanunlar şirkətlərə icazə verir ki, işçilərindən ildə 400 saat əlavə işləməyi tələb etsinlər, üstəlik, onların maaşlarını üç ilədək gecikdirsinlər. Əməkhaqqını üç il gözləməyi təsəvvürə gətirmək belə çətindir. Ancaq “Gallup” sorğu mərkəzi üzə çıxarıb ki, Şərqi Avropada, eləcə də keçmiş sovet məkanında maaşların gecikməsi elə də qeyri-adi hal sayılmır.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, Mərkəzin ötən il 29 ölkədə keçirdiyi sorğuda hər yeddi fəhlədən biri (14%) deyib ki, ötən ay gördükləri işə görə pulu gec alıblar. Yarımştat işləyənlər tamtştatlı işçilərə nisbətən belə durumla daha çox üzləşiblər: yarımştat çalışanların 22, tamştatlıların isə 14 faizi bu problemi dilə gətirib.

“Gallup” maaşların ən çox keçmiş sovet ölkələrində (16%) və Avropa Birliyinin üzvü olmayan ölkələrdə gecikdirildiyini qeyd edir. Amma Macarıstanda yaranmış durum elə AB üzvlərinin də bundan sığortalanmadığını göstərir. Şərqi Avropada hər 10 fəhlədən biri (11%) ötən ay başına belə bir iş gəldiyini söyləyib.

Hər bir regionda yarımştat salışanlar tamştatlılara nisbətən daha çox əməkhaqqı gecikməsiylə üzləşdiklərini qeyd ediblər. Amma bu, AB üzvü olmayan ölkələrdə daha qabarıqdır. Kişilər də bu mənada qadınlardan fərqlənir. Kişi fəhlələrin 17, qadınların isə 12 faizinin maaşı gecikdirilib.

Təhsilin də rolu az deyil. Kollec dərəcəsi, yaxud ali təhsillilər, yəni daha çox qazananlar maaşlarını ibtidai təhsillilərə baxanda vaxtında alırlar.