XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 14:05

Gömrük Komitəsinin sədri:“Məmurla əlaqəni azaldan yeni sistem tətbiq olunacaq”

“Gələn il fevralın 1-dən ofisdən çıxmadan idxal-ixrac əməliyyatlarını həyata keçirməyə imkan verən sistem tətbiq olunacaq. Bu sistem vətəndaşların məmurlarla ünsiyyətini də azaldacaq və bu sahədə şəffaflığı təmin edəcək”.

Strateq.az Trend-ə istinadən bildirir ki, bunu “Xarici ticarət iştirakçıları forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi” adlı tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. Komitə sədri qeyd edib ki, iqtisadiyyatın inkişafı ilə ölkədə idxal-ixrac əməliyyatları artır.

O bildirib ki, “Yaşıl Dəhliz”lər barədə qərar qəbul etməklə Prezident İlham Əliyev sahibkarlara böyük hədiyyə edib: “Bu, beynəlxalq təcrübəyə, Beynəlxalq Gömrük Komitəsinin tövsiyəsinə əsaslanan islahatdır və ticarət üçün yeni imkanlar yaradır”.

S.Mehdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində keçirilən islahatlar xarici ticarət prosesinin sadələşdirilməsinə xidmət edir.