XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 17:57

İqtisadiyyat naziri Şahin Mustafayev:“Regionlara 70 milyard manat sərmayə yatırılıb”

“2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib və onlardan 2-nin icrası uğurla yekunlaşdırılıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, bu proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb.

Nazir həmçinin deyib ki, ölkə Prezidentinin tapşırığı ilə 2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramı hazırlanır: “Proqram üzərində iş başa çatmaq üzrədir”.