XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 13:08

Rusiya ermənilərə satdığı qazın qiymətini ucuzlaşdırdı

qaz.jpg

Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırıb.

Strateq.az bildirir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller “Rossiya 24” kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə daxil olduğu üçün artıq Ermənistan qazın 1000 kubmetrinə 165 dollar ödəyəcək. Belə razılıq bu günlərdə Yerevanda Millerlə prezident Sərksiyanın görüşündə əldə olunub.

Miller bildirib ki, hazırda 1000 kubmetr qaz üçün qiymət 190 dollardır.

Telekanalda gedən süjetdə vurğulanıb ki, Ermənistanda qaza tələbat artır və idxal olunan qaz nəzərdə tutulan 2 milyard kubmetri aşıb.