XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 15:36

Ən çox pambıq toplayan rayonların adı açıqlandı –Statistika

Dekabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 144 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Strateq.az-a verilən məlumata görə, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çox pambıq tədarük olunub.

Hazırda ölkə üzrə ən çox pambıq tədarük edən rayonlar bunlardır: “Saatlıda 15 min 815 hektardan 30 min 119 ton, Bərdədə 9 min 630 hektardan 25 min 105 ton, Ağcabədidə 10 min hektardan 22 min 935 ton, Biləsuvarda 12 min hektardan 21 min 839 ton, Beyləqanda isə 9 min 560 hektardan 21 min 425 ton məhsul toplanıb”.

Komitənin məlumatına görə, hazırda məhsul yığımı davam edir.