XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 16:03

Ruhani ölkənin iqtisadi sisteminin köhnəldiyini bəyan etdi:"Neftdən bu qədər asılı olmasaydıq, sanksiyalar daha az təsir göstərərdi"

“İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi”.

Bunu İran Prezidenti Həsən Ruhani parlamentdə 2019-cu ilin dövlət büdcəsini təqdim edərkən bildirib.

“Ölkədə özəl bölmənin daha böyük rolu olsaydı, işlərin çoxu özəl bölmənin üzərinə düşsəydi, bu gün sanksiyaların təsiri də indikindən xeyli az olardı. Büdcənin bütün yükünü neft daşımasaydı, sanksiyalar daha az təsir göstərərdi”, – deyən dövlət başçısı ABŞ sanksiyalarından savayı, ölkədəki vəziyyətə təsir göstərən daha bir mühüm amili – iqtisadi sistemin köhnəlmş olmasını qeyd edib.

Belə ki, onun fikrincə, düzgün qurulan iqtisadi sistem neft gəlirlərini nəzərə almadan belə dövlət büdcəsini tərtib etməyə imkan yaradardı/Report.