XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 15:35

Aleksandr Novak:"Neftin qiyməti gələn ilin ilk yarısında sabitləşəcək"

2019-cu ilin birinci yarısında neftin qiyməti daha sabit olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“2018-ci ilin son rübündə 30 faizdən çox ucuzlaşan neftin qiyməti gələn ilin ilk 6 ayında daha sabit səviyyədə qalacaq. Neftin qiymətinin ucuzlaşmasına təsir edən əsas amillər makroiqtisadiyyatdır. Neft bazarı 2019-cu ilin ilk yarısında daha balanslı, qiymət də sabit olacaq”.

A.Novak bildirib ki, neftin qiymətini müzakirə etmək üçün OPEC ilə birgə fövqəladə iclas planlaşdırılmayıb.