XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 22:17

 Rusiyanın energetika naziri:"Məqsədimiz ixracı eyni həcmlərdə saxlamaqdır"

“Rusiyanın Energetika Nazirliyinin gələn il neft sahəsi ilə bağlı başlıca hədəflərindən biri neft ixracının həcmini 2018-ci il səviyyəsində saxlamaqdır”.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.

“Xarici bazarlarda neftlə bağlı məqsədimiz ixracı eyni həcmlərdə saxlamaqdır. Hasilatın həcmi dəyişməsə, həm ixrac həcmini, həm də daxili istehlak həcmini əvvəlki səviyyədə saxlayarıq”, – deyə nazir qeyd edib.

Nazirliyin hesablamalarına görə, 2018-ci ildə ölkədən neft ixracı 0,2% artaraq 257,4 mln. tona, neft və qaz kondensatının hasilatı isə 1,6% artaraq 556 mln. tona çatdırılacaq/Report.