XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 11:12

Elektrik şəbəkəsinə nə qədər biznes obyektləri qoşulub? –Nazirlik sayı açıqladı  

Cari ilin dekabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 118 müraciət daxil olub və icrası təmin edilib.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, dekabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1352,57 kVt güc sifariş edilib və 291804,98 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib. Bu ilin may-dekabr ayları ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlar tərəfindən Texniki Şuralar vasitəsilə 1164 müraciət daxil olub. Bu dövrdə 14663,85 kVt güc sifariş edilib, 3351774,06 AZN qoşulma haqqı ödənilib.

Ümumilikdə isə 2018-ci ildə Texniki Şuralarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 2037 müraciətə baxılıb.