XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2019 - 19:20

Qonşu ölkədə avtomobil istehsalı 72 faiz azalıb –Sanksiyalar İran iqtisadiyyatını çökdürür

ABŞ-ın sanksiyaları İranda avtomobil istehsalının 72 faiz azalmasına səbəb olub.

Bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyi məlumat yayıb.

Qurum 2017-ci ilin dekabr ayında ölkədəki avtomobil istehsalının 136 min 828 olduğu halda, 2018-ci ilin eyni dövründə 38 min 275-ə endiyini elan edib.

Avtomobil sektorundakı bu geriləmə ən çox avtobus istehsalında özünü göstərib. Belə ki, əgər 2017-ci ilin dekabrında 136 avtobus istehsal edilmişdisə, 2018-ci ilin eyni ayında bu rəqəm 12-yə enib.

Hazırda İranda avtomobil sektorunda 700 mindən çox insanın çalışdığı bildirilir/Axar.az.