XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 21:54

Rövnəq Abdullayev neft qiymətinin sabitləşəcəyi vədini verdi
“Neftin qiymətlərinə təsir edən amillər çoxdur. Onlar təkcə iqtisadi amillərdən deyil, həm də siyasi, geosiyasi amillərdən asılıdır. İndi neftin qiymətlərini heç kəs proqnozlaşdıra bilməz. İndiki qiymətlər neft hasilatçılarının planlaşdırdıqları maya dəyərindən 30 faiz azdır. Buna baxmayaraq, hesab edirik ki, neftin qiymətləri maya dəyərindən aşağı düşə bilməz və bu, baş verməyəcək, çünki həmin qiymətlər artıq minimum həddə çatıb. Hesab edirəm ki, neftin qiymətləri bu ilin ikinci yarısında sabitləşəcək”.
Strateq.az Azərtac-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev səsləndirib.
ARDNŞ-in Yunanıstanın qazpaylayıcı şəbəkəsinin – DESFA şirkətinin səhmlərini alması məsələsinə toxunan R.Abdullayev bildirib ki, bu məsələ Dövlət Neft Şirkətindən asılı deyil: “Avropa Komissiyası Yunanıstanın DESFA şirkətinin səhmlərinin 66 faizinin ARDNŞ tərəfindən alınması üzrə razılaşmanın Avropa İttifaqının Birləşməyə dair Reqlamentinə uyğunluğu barədə qərarın qəbul edilməsinin ilkin müddətini 2015-ci ilin sonunadək uzadıb. Daha əvvəl Avropa Komissiyası razılaşmanın nəzərdən keçirilməsi dövrünü 2015-ci il martın 23-dən 2015-ci il aprelin 22-dək uzadıb. Hazırda Avropa Komissiyasının ekspertləri bu məsələni öyrənirlər”.
ARDNŞ-in prezidenti jurnalistlərə müsahibəsində Transanadolu qaz kəməri layihəsinin maliyyələşdirilməsi məsələsinə də toxunaraq bildirib ki, TANAP-ın icrası hətta cədvəli qabaqlayır və Azərbaycan qazı 2018-ci ilin ikinci yarısında Türkiyəyə nəql olunacaq.