XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 17:08

Ekspert Vahid Məhərrəmli:"Xaricdən gətirilən dondurulmuş ətin keyfiyyəti suallar doğurur"

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov “Azadlıq” radiosuna açıqlamasında deyib ki, xaricdən ət idxalı ucuz başa gəlir və dondurulmuş şəkildə olur:

“Əsasən Braziliya və Hindistandan gətirilir. Yəni, hansı ölkələrdəki ət ucuzdur, dondurulmuş şəkildə gətirilir və istehlakçılara baha qiymətə təklif olunur. Təsəvvür edin ki, 2.5 manata başa gələn əti mağazalarda ən azı 5 manata satırlar. Eyni zamanda, dönərxanalarda bişirib daha baha qiymətə satırlar. Yaxud, bəzi restoranlarda da həmin ətdən istifadə olunur. İkincisi, ət sümüksüz olduğundan geniş istifadə olunur”.

Vahid Məhərrəmov deyib ki, son illər ölkədə ətin qiyməti bahalaşdığından sahibkarlara dondurulmuş ət gətirmək sərf edir:

“Ət idxalında şübhəli məqamlar yetərincədir. Birinci, gətirilən ətin hansı heyvanın olması, ikincisi də keyfiyyəti suallar doğurur. Həm də idxal ciddi şəkildə artıb”.

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 63 milyon 651.99 min ABŞ dolları dəyərində ət idxal edilib. Həmin vəsait hesabına ölkəyə 43 min 261.95 ton ət gətirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatlarında bəhs edilir.

Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalının artdığı anlamına gəlir. DGK-nın məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 58 milyon 154.92 min dollar dəyərində 37 min 211.29 ton ət gətirilib.

Müstəqil ekspertlər bunu maldarlıqdan ötrü nəzərdə tutulan örüş sahələrinin bəzi hissəsində pambıq yetişdirilməsi və əhalinin müəyyən qədər alıcılıq qabiliyyətinin artması ilə izah edirlər.

Hazırda fərdi sahibkarlar ölkədə quzu ətini 13, dana ətini də 10 manat 50 qəpiyə satırlar. Bir neçə il əvvəl ölkədə quzu əti 10, dana əti 8 manata idi. İndi Bakıdaki marketlərdə sümüksüz dana ətinin 1 kiloqramı hətta 13-14 manata satılır. Hər il bayramlar vaxtı hökumət orqanlarının təşkil etdiyi yarmarkalarda ət nisbətən ucuz olur.