Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Strateq.az Trend-ə istinadən bildirir ki, yanvarın 3-də qızılın qiyməti dekabrın 28-i ilə müqayisədə 18,207 manat ataraq 1 unsiya üçün 2190,2715 manat təşkil edib.
Gümüş 0,5232 manat bahalaşaraq 1 unsiya üçün 26,4805 manata bərabər olub.
Platinin qiyməti 7,3355 manat azalaraq 1350,1825 manat, palladiumun qiyməti isə 3,4 manat azalaraq 2151,35 manat təşkil edib.
Ad | 03.01.2019 | 28.12.2018 | |
Qızıl | XAU | 2190,2715 | 2172,0645 |
Gümüş | XAG | 26,4805 | 25,9573 |
Platin | XPT | 1350,1825 | 1357,518 |
Palladium | XPD | 2151,35 | 2154,75 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.